Azərbaycanın turizm imkanları almandilli ölkələrin tədbirində təbliğ edilib

Azərbaycanın turizm imkanları almandilli ölkələrin tədbirində təbliğ edilib 9-10 fevralda Azərbaycan Turizm Bürosu (ATB) Almaniya, Avstriya və İsveçrədən olan turizm nümayəndələrinin qatıldığı roudşouda iştirak edib. Bu barədə “Report”a ATB-dən məlumat verilib.
Turizm
11 Fevral , 2021 10:33
Azərbaycanın turizm imkanları almandilli ölkələrin tədbirində təbliğ edilib

Fevralın 9-10-da Azərbaycan Turizm Bürosu (ATB) Almaniya, Avstriya və İsveçrədən olan turizm nümayəndələrinin qatıldığı roudşouda iştirak edib.

Bu barədə “Report”a ATB-dən məlumat verilib.

COVID-19 pandemiyası səbəbilə onlayn formatda keçirilən tədbirə Azərbaycan Turizm Bürosu milli virtual stendlə qatılıb.

İki gün ərzində Azərbaycanın virtual stendini 70-dən çox şirkətin nümayəndələri ziyarət edib, 30-a yaxın təkbətək görüş keçirilib.

Görüşlərdə postpandemiya dövründə Azərbaycana səfərlərin artırılması və yeni turların başlanılması haqda fikir mübadiləsi aparılıb, eyni zamanda işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı, Azərbaycanda hazırkı vəziyyət, postpandemiya dövrünün planları, mövcud olan və inkişaf etdirilən turizm məhsulları haqqında məlumat verilib.

Görüş iştirakçılarının sualları cavablandırılıb, onlar Azərbaycandakı turizm trendləri və hazırda inkişaf prosesində olan layihələr barədə məlumatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi