Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı II iclası keçirilib

Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı II iclası keçirilib Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun II iclası video-konfrans formatında keçirilib.
Turizm
7 May , 2024 18:12
Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı II iclası keçirilib

Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun II iclası video-konfrans formatında keçirilib.

Bu barədə "Report" Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir.

DTA-nın Aparatının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun sədrliyi ilə keçirilən iclasda region ölkələrində turizmin dayanıqlı inkişafı, Azərbaycanın təşkilata sədrlik edəcəyi 2023-2024-cü illər üzrə planlaşdırıaln tədbirlər, təşkilat üzvləri arasında əlaqələrin genişləndirilməsi sahəsində görülmüş işlər, eləcə də aprelin 22-23-də Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilmiş QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşü haqqında müzakirələr aparılıb.

İclas çərçivəsində üzv dövlətlərdən olan iştirakçı nümayəndələr tərəfindən təmsil etdikləri ölkələrin mövcud turizm potensialı haqqında təqdimatlar edilib və müzakirələrin yekununa dair icmal hesabat qəbul edilib.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası ötən ilin oktyabr ayında keçirilib.

Son xəbərlər

Orphus sistemi