Azərbaycan Körfəz ölkələrinin səyahət üzrə üstünlük verdiyi əsas istiqamətdir

Azərbaycan Körfəz ölkələrinin səyahət üzrə üstünlük verdiyi əsas istiqamətdir Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir
Turizm
7 May , 2024 16:54
Azərbaycan Körfəz ölkələrinin səyahət üzrə üstünlük verdiyi əsas istiqamətdir

Azərbaycan Körfəz ölkələrinin səyahət üzrə üstünlük verdiyi 10 ölkə arasında 38 % ilə birinci pillədə yer alıb.

"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu barədə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə bağlı hesabatında deyilir.

“Connecting Travel Insight Report” adlanan hesabat tanınmış “Jacobs Media” şirkəti tərəfindən hazırlanaraq may 7-də “ATM Dubai 2024” çərçivəsində təqdim olunub.

Hesabatda göstəricilər cari ilin məlumatlarını əhatə etməklə uçuş tutumunun həcmlərinə uyğun olaraq orta artıma müvafiq hesablanıb. Azərbaycanla yanaşı onluqda Misir, Tailand, Böyük Britaniya, İtaliya, Fransa, Gürcüstan, İsveçrə, Türkiyə və Maldiv Respublikası kimi ölkələr sıralanıb.

Tədbirdə çıxış edən Ümumdünya Səyahət və Turizm Təşkilatının (WTTC) Baş icraçı Direktoru Culiya Simpson öz çıxışında Azərbaycanın, həmçinin “Hotel Dayanıqlılığının Əsasları” proqramına qoşulmasını qeyd edərək bu təşəbbüsü yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Yaxın Şərq regionundan ölkəmizə səfər edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 51% artım müşahidə olunub.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasına üzv olan ölkələr sırasına Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt daxildir.

Son xəbərlər

Orphus sistemi