Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında iştirak edəcək

Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında iştirak edəcək Azərbaycanın iki startapı - “Metatesk” və “Epoint” artıq “Silikon Vadisi Mentorluğu” proqramına seçilib.
Turizm
2 Avqust , 2023 17:33
Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında iştirak edəcək

Azərbaycanın iki startapı - “Metatesk” və “Epoint” artıq “Silikon Vadisi Mentorluğu” proqramına seçilib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.

Məlumata görə, proqram Agentliyin Azərbaycandan olan startapların beynəlxalq səviyyəli mentorlar tərəfindən dəstəklənməsinə unikal imkan yaradan layihəsidir.

Zeynal Kərimzadənin əsasını qoyduğu “Epoint” elektron kommersiya xidmətlərinin göstərilməsi üçün yaradılmış platformadır. “Metatesk” startapını isə Günay İmanzadə təsis edib. Startap 6-14 yaşlı uşaq və yeniyetmələr üçün müasir və interaktiv onlayn təhsil platforması kimi fəaliyyət göstərir.

Mentorluq proqramı 6 ay davam edəcək. Bu müddət ərzində mentorlar şirkət sahiblərinə xidmət və məhsulların təkmilləşdirilməsi, biznesin miqyasının artırılması, gəlirlilik, mənfəət, yeni bazarlara çıxış əldə edilməsi və müştəri cəlbi sahəsində qabaqcıl biliklər verəcəklər.

Mentorluğu iki beynəlxalq səviyyəli mütəxəssis - Marvin Liao və Rik Rasmussen həyata keçirir. Hər iki mentor texnoloji innovasiya sahəsində çoxillik beynəlxaq təcrübəyə malikdir. M.Liao 23 ildir texnologiya biznesindədir, vençur sahibkar və “mələk investor” kimi dünya üzrə 465 startapa yatırım edib, 20-dən çox akselerasiya proqramına mentorluğu həyata keçirib. R.Rasmussen isə 40 illik təcrübəsi ilə ABŞ-ın nüfuzlu universitetlərində innovasiya, sahibkarlıq və vençur kapitalının idarəedilməsi mövzularını tədris edib, 1000-dən çox yeni yaranan şirkətə mentorluq edib.

Son xəbərlər

Orphus sistemi