Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın turizm nümayəndəliyi açılıb.
“Report”un yerli bürosu xəbər verir ki, nümayəndəlik mərkəzi Rustaveli prospekti 16 ünvanında “Azerbaijan. Travel showroom” adı altında fəaliyyət göstərəcək.
Nümayəndəlik həftənin hər günü saat 10:00-dan 22:00-a qədər ziyarətçiləri qəbul edəcək.
Açılış mərasimində Azərbaycan Dövlət Turizm Agentliyinin sədri
Nümayəndəliyin əsas fəaliyyət istiqaməti Azərbaycanın turizm imkanlarını Gürcüstan sakinləri və ölkəyə səfər edən əcnəbi ziyarətçilər arasında təbliğ etməkdən ibarət olacaq.


