Azərbaycandan xaricə səfər edənlərin sayı 22 %-dək artıb

Azərbaycandan xaricə səfər edənlərin sayı 22 %-dək artıb Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,9 % artaraq 109,3 min nəfər olub.
Turizm
20 Fevral , 2023 12:25
Azərbaycandan xaricə səfər edənlərin sayı 22 %-dək artıb

Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,9 % artaraq 109,3 min nəfər olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4 %, İrana gedənlərin sayı 13 %, Rusiya Federasiyasına gedənlərin sayı 2,7 % artıb. Ölkə vətəndaşlarının 38,2 %-i Türkiyəyə, 21,7 %-i Rusiya Federasiyasına, 10,5 %-i Gürcüstana, 9 %-i İrana, 20,6 %-i digər ölkələrə səfər edib.

Gedənlərin 69,2 %-ni kişilər, 30,8 %-ni qadınlar təşkil edib.

Son xəbərlər

Orphus sistemi