Azərbaycandan turist axını 4,2 dəfə azalıb
Turizm
- 19 noyabr, 2020
- 10:17
Bu ilin yanvar-oktyabr aylarında xaricə gedən ölkə vətəndaşlarının sayı ötən eyni dövrü ilə müqayisədə 4,2 dəfə azalaraq 1 106,7 min nəfər olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşların 30,3%-i İrana, 27,2%-i Gürcüstana, 19,2%-i Rusiyaya, 14,6%-i Türkiyəyə, 8,7%-i digər ölkələrə səfər edib.
Gedənlərin 70,1%-ni kişilər, 29,9%-ni qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Gürcüstana gedənlərin sayı 4,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 3,8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.
10 ay ərzində xaricə gedənlərin 75,3%-i dəmir yolu və avtomobil, 22,1%-i hava, 2,6%-i isə dəniz nəqliyyatından istifadə edib.
Son xəbərlər
18:01
Emin Hüseynov: İlin sonunadək Ağdamda 4 yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir
Daxili siyasət17:56
Lüksemburq dron aşkarlanması fonunda təhlükəsizlik tədbirlərini gücləndirir
Digər ölkələr17:51
Qətər XİN husilərin Səudiyyə Ərəbistanına hücumlarını qətiyyətlə pisləyib
Digər ölkələr17:44
Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb
Daxili siyasət17:31
Ankarada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı 26 şübhəli həbs edilib
Region17:23
Azərbaycan XİN Pakistana başsağlığı verib
Xarici siyasət17:14
"Barselona" Lionel Messinin şərəfinə "Kamp Nou"da tədbir keçirəcək
Futbol17:06
Serbiya qiymət artımının qarşısını almaq üçün dizel ehtiyatlarından istifadə edəcək
Digər ölkələr16:53