Azərbaycandan turist axını 29 % artıb

Azərbaycandan turist axını 29 % artıb 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 29,4 faiz artaraq 638,2 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 43,8 faiz, Türkiyəyə gedənlərin s
Turizm
21 May , 2024 12:25
Azərbaycandan turist axını 29 % artıb

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 % artaraq 638,2 min nəfər olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İrana gedən ölkə vətəndaşlarının sayı 43,8 %, Türkiyəyə gedənlərin sayı 27,0 %, Gürcüstana gedənlərin sayı 25,2 %, Rusiyaya gedənlərin sayı 16,7 % artıb. Azərbaycan vətəndaşlarının 38,2 %-ni Türkiyəyə, 21,7 %i Rusiyaya, 9,1 %-ni Gürcüstana, 8,7 %i İrana, 22,3 %-ni digər ölkələrə səfər edib. Gedənlərin 67,5 %-ni kişilər, 32,5 %-ni qadınlar təşkil edib.

4 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,6 %-i hava, 30,0 %-i dəmir yolu və avtomobil, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi