Azərbaycana turist axını 39 % artıb

Azərbaycana turist axını 39 % artıb Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 174 ölkəsindən 726,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlə
Turizm
21 May , 2024 12:24
Azərbaycana turist axını 39 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 174 ölkədən 726,4 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 28,8%-i Rusiya, 19,0%-i Türkiyə, 9,7%-i İran, 8,4%-i Hindistan, 4,6%-i Gürcüstan, 3,1%-i Qazaxıstan, hər birindən 2,4% olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 1,9%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,4% olmaqla Ukrayna və Türkmənistan, 1,3%-i Küveyt, 1,2%-i Belarus, 1,1%-i Çin, 11,5%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 71,1%-ini kişilər, 28,9%-ini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Bəhreyndən - 2,0 dəfə, Qırğızıstandan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,8 dəfə, İrandan - 1,6 dəfə,Tacikistandan - 1,6 dəfə, Misirdən - 1,5 dəfə, Türkmənistandan - 1,5 dəfə, Küveytdən - 1,5 dəfə, Yəməndən - 49,8 %, İordaniyadan - 49,4 %, İtaliyadan - 49,1 %, Pakistandan - 41,6 %, Özbəkistandan - 33,4 %, Polşadan - 28,2 %, Almaniyadan – 28 %, Türkiyədən - 25,9 %, Rusiyadan - 25,8 %, Ukraynadan - 23,9 %, Birləşmiş Ərəb Əmirliklərindən - 22,3 %, Gürcüstandan - 15,4 %, ABŞ-dan - 12,7 %, Fransadan - 11,5 % artıb.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 121,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 35,6 % artaraq 27,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 30,3 % artaraq 277,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 %-i hava, 28,9 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi