Azərbaycandan turist axını 27 %-dən çox artıb

Azərbaycandan turist axını 27 %-dən çox artıb Bu ilin yanvar-oktyabr aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı illik müqayisədə 27,1 % artaraq 1 545,2 min nəfər olub.
Turizm
29 Noyabr , 2023 15:11
Azərbaycandan turist axını 27 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı illik müqayisədə 27,1 % artaraq 1 545,2 min nəfər olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

O cümlədən, Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,6 %, Türkiyəyə gedənlərin sayı 20,7 % artıb, İrana gedənlərin sayı 13,9 % azalıb.

Ölkə vətəndaşlarının 44,3 %-i Türkiyəyə, 21,3 %-i Rusiyaya, 9 %-i Gürcüstana, 7,5 %-i İrana, 17,9 %-i digər ölkələrə səfər edib. Gedənlərin 65,2 %-ni kişilər, 34,8 %-ni qadınlar təşkil edib.

Hesabat dövründə xaricə səfər edən Azərbaycan vətəndaşlarının 68,2 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 2,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi