Bu ilin yanvar-may aylarından xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 530,2 min nəfər olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiyaya gedənlərin sayı isə 1,5 dəfə artıb.
Ölkə vətəndaşlarının 46,8 %-i Türkiyəyə, 15,6 %-i Rusiyaya, 13,3 %-i İrana, 8,2 %-i Gürcüstana, 16,1 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 66,7 %-ni kişilər, 33,3 %-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 55,4 %-i hava, 41,8 %-i dəmir yolu və avtomobil, 2,8 %-i isə dəniz nəqliyyatından istifadə edib.