Azərbaycandan turist axını 18 %-ə yaxın artıb

Azərbaycandan turist axını 18 %-ə yaxın artıb 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 17,6 faiz artaraq 1816,4 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 35,6 faiz, Rusiya Federasiyası
Turizm
19 Noyabr , 2024 14:58
Azərbaycandan turist axını 18 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 1 milyon 816,4 min nəfər olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 41,8 %-i Türkiyəyə, 20,7 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,6 %-i İrana, 20,2 %-i digər ölkələrə səfər edib.

Gedənlərin 64,1 %-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib.

2023-cü ilin eyni dövrünə nisbətən İrana gedənlərin sayı 35,6 %, Rusiyaya gedənlərin sayı 14,1 %, Gürcüstana gedənlərin sayı 13,4 %, Türkiyəyə gedənlərin sayı 10,8 % artıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 %-i hava, 28,3 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi