Azərbaycandan Gürcüstana turist səfərlərində artım gözlənilir

Azərbaycandan Gürcüstana turist səfərlərində artım gözlənilir Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava “Buta Airways” şirkətinin Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşların tezliyini artırması barədə qərarını alqışlayıb.
Turizm
18 İyun , 2021 13:23
Azərbaycandan Gürcüstana turist səfərlərində artım gözlənilir

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava “Buta Airways” şirkətinin Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşların tezliyini artırması barədə qərarını alqışlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, Azərbaycandan ölkəyə gələcək turistlərin sayında artımın olacağını bildirib.

“Qonşu ölkələrdən turistlərin Gürcüstana daha asan daxil olmaları çox vacibdir. Bakıdan, Azərbaycandan ənənəvi olaraq dostlarımızı və qonaqlarımızı qəbul edəcəyik. Quru sərhədlərdən də Azərbaycandan turistlər gözləyirik”, - N.Turnava deyib.

Nazir qeyd edib ki, “Buta Airways” iyulun 20-dək həftədə beş reys, həmin tarixdən etibarən isə gündə iki reys yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi