Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfə artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfə artıb Bu ilin ilk 10 ayında Azərbaycandan Gürcüstana 65 min 867 nəfər səfər edib.
Turizm
8 Noyabr , 2021 11:29
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfə artıb

Bu ilin ilk 10 ayında Azərbaycandan Gürcüstana 65 min 867 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 221 min 408 nəfər və yaxud 77,1 % azdır.

Təkcə oktyabr ayında isə qonşu ölkəyə Azərbaycandan 8 min 358 nəfər ziyarətçi yollanıb ki, bu da illik müqayisədə 4 min 434 nəfər və yaxud 2,1 dəfə çoxdur.

Ötən ay Gürcüstan 220 min 705, yanvar-oktyabr aylarında isə 1 milyon 522 min 139 nəfər beynəlxalq ziyarətçi (-7,7 %) qəbul edib.

Son xəbərlər

Orphus sistemi