Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 10% artıb

Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 10% artıb Bakı. 3 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycandan Gürcüstana dincəlmək üçün 114 652 ölkə vətəndaşı gedib.
Turizm
3 İyul , 2018 14:18
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 10% artıb
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycandan Gürcüstana dincəlmək üçün 114 652 ölkə vətəndaşı gedib. 

"Report" "Business Georgia"ya istinadən xəbər verir ki, bu, ötən ilin iyun ayı ilə müqayisədə 10% çoxdur. 

Azərbaycanlılar Gürcüstana üz tutmuş xarici turistlər arasında yalınız Rusiya vətəndaşlarından geri qalıb. Onların sayı 116 357 olub. Siyahıda daha sonra Ermənistan vətəndaşları (96 241 nəfər) və Türkiyə vətəndaşları (90 402 nəfər) qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi