Azərbaycanda turizmlə bağlı kitabların təqdimatı olub

Azərbaycanda turizmlə bağlı kitabların təqdimatı olub "Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimovun müəllifi olduğu “ Ekskursiya Və Ekskursiya - Bələdçisi ”, “Hotel Biznesi ” və “ Hotel Menecmenti ” kitablarının təqdimat mərasimi keçirilib.
Turizm
11 Mart , 2022 16:19
Azərbaycanda turizmlə bağlı kitabların təqdimatı olub

"Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimovun müəllifi olduğu “ Ekskursiya Və Ekskursiya - Bələdçisi ”, “Hotel Biznesi ” və “ Hotel Menecmenti ” kitablarının təqdimat mərasimi keçirilib.

Bu barədə "Report"a Assosiasiyadan bildirilib.

Tədbirdə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə məktəbi, müxtəlif Assosiasiyalar, aviaşirkətlər, hotellər və turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Müəllifin sözlərinə görə, kitablar dərs vəsaiti kimi çap olunub, təhsil müəssisələrində istifadə olunacaq.

Bu vaxta qədər 11 kitabın müəllifi olan M.Ağakərimov uzun illər “İnturist ” hotel sistemində yüksək vəzifələrdə çalışıb, müxtəlif təhsil müəssisələrində dərs deyib. O, çıxışında kadr potensialının vacibliyini çıxışında vurğulayaraq yerli kadrların önəmini qonaqların diqqətinə çatdırıb. Tədbir iştirakçıları gələcəkdə də turizmlə bağlı yeni kitabların çap olunmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi