Azərbaycanda turizm şirkətlərinin lisenziyalaşdırılması təklif olunur

Azərbaycanda turizm şirkətlərinin lisenziyalaşdırılması təklif olunur Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaxın zamanlarda turizm şirkətlərinin lisenziyalaşdırılmasına başlamağı təklif edir.
Turizm
12 May , 2020 13:25
Azərbaycanda turizm şirkətlərinin lisenziyalaşdırılması təklif olunur

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaxın zamanlarda turizm şirkətlərinin lisenziyalaşdırılmasına başlamağı təklif edir. 

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyevin fikrincə, 2015-ci ildə ölkə başcısının sərəncamı ili xüsusi icazələrin yəni lisenziyaların ləğv edilməsi həmin dövr üçün olduqca vacib bir qərar olub:

“Çünki turizm sənayesinin formalaşmasına, yeni şirkətlərin yaradılmasına çox ciddi ehtiyac duyulurdu. Bu qərarın verilməsi özünü doğrultdu. Son 5 il ərzində Azərbaycanda kifayət qədər turizm şirkəti formalaşdı. Bu gün artıq onların sayı 4 mini ötüb.

Təbii ki, kəmiyyət artımı ilə yanaşı keyfiyyət artımına da şəraitin yaradılması vacib amildir. Təəssüflə qeyd etməliyik ki,  bu gün heç də bütün turizm şirkətləri tələb olunan keyfiyyət standartlarına cavab vermir. Bu da turizm sənayesi üçün çox ciddi problemlərə yol açır.

Son dövrlərdə assosiasiyaya turizm şirkətlərinin fəaliyyəti ilə bağlı kifayət qədər şikayətlər daxil olurdu. Vətəndaşlar, turizm şirkətlərinin üzərinə götürdükləri öhdəliklər və xidmətləri yerinə yetirə bilmədikləri üçün narazılıqlar edirdilər. Bunun nəticəsində də ölkədə yalnız həmin turizm şirkətləri ilə bağlı deyil digər aparıcı turizm şirkətlərinin nüfuzu da ciddi zərbə görürdü və turizm şirkətlərinə qarşı böyük inamsızlıq yaranırdı.

Assosiasiya olaraq hesab edirik ki, artıq turizm şirkətləri yenidən lisenziyalaşma prosesinə keçid etməlidir ki, bu proseslər müəyyən mənada tənzimlənsin. Qurumun əldə etdiyi məlumata görə turizm haqqında qanunda da bununla bağlı müddialar öz əksini tapıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq düşünürk ki, yaxın zamanlarda yenidən lisenziyalaşma porosesinə başlamağa ehtiyac var. Müəyyən keyfiyyət standartlarının tədbiqinə ehtiyac var. Hesab edirik ki, əgər ölkədə turizm agentliklərinin fəaliyyətində xidmət keyfiyyətlərini artırsaq, bu sahədə prosseslər müəyyən qədər tənzimlənəcək”. 

Son xəbərlər

Orphus sistemi