Azərbaycanda turizm sammiti keçiriləcək

Azərbaycanda turizm sammiti keçiriləcək Dekabrın 8-də turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək.
Turizm
28 Noyabr , 2022 16:57
Azərbaycanda turizm sammiti keçiriləcək

Dekabrın 8-də turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib. Sammit Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.

Bakı Konqres Mərkəzində baş tutacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektorun nümayəndələri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi