Azərbaycanın turizm sektorunda çalışanların 80 %-dən çoxu bu sahədə təhsili vacib saymır.
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmit Agentliyin və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda keçirdiyi İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə çərçivəsində baş tutmuş “Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsili sahəsində ən yaxşı təcrübə“ mövzusunda panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, bu, turizm sənayesi nümayəndələri arasında keçirilmiş sorğu nəticəsində məlum olub.
"Respondentlərin təxminən 20 %-i bu sahədə təhsilin vacib olduğunu qeyd edib. Qalanları isə hesab edir ki, turizm sahəsində uğur qazanmaq üçün bilik, bacarıq, təcrübə və dil bilgisi önəmlidir", - deyə F.Zenqstşmit qeyd edib.
Paneldə çıxış edən İƏT ölkələrinin nümayəndələri isə bu sahədə təhsilin vacib olduğunu bildirib.