Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, lisenziya verilən şirkətlər "Tour De Vorld" MMC, "ABDU-TRAVEL" MMC, "Flay-İnn" MMC, "Five Star Travel" MMC, "Air Tour" MMC, "Crystal Travel" MMC, "Royal Travels and Services" MMC, "İnter Peşəkar İdman Klubu" MMC, "İnter Otel Grand Prospect" mehmanxanası, "Semerana-Qəbələ" MMC, həmçinin fiziki şəxslər Mütəllimov Namiq Ramiz oğlu, Muradov Namiq Feyruz oğlu, Səfərova Ulduz Səfər qızıdır.
Beləliklə, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 306-ya çatıb.