Azərbaycanda “turistik kənd” konsepsiyasına uyğun infrastruktur yaradılacaq

Azərbaycanda “turistik kənd” konsepsiyasına uyğun infrastruktur yaradılacaq Azərbaycanda turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması və turizm xidmətilə məşğul olan ailə təsərrüfatlarının illik gəlirlərinin artması nəzərdə tutulub.
Turizm
24 Noyabr , 2022 11:10
Azərbaycanda “turistik kənd” konsepsiyasına uyğun infrastruktur yaradılacaq

Azərbaycanda turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması və turizm xidmətilə məşğul olan ailə təsərrüfatlarının illik gəlirlərinin artması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında bildirib.

O, deyib ki, turizmlə kənd təsərrüfatının əlaqələndirilməsi, bunun ayrıca bir sahə - kənd turizmi və aqroturizm kimi inkişaf etdirilməsi turistlərin regionlara cəlb edilməsi ilə məşğulluğun artması və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranması üçün uğurlu bir nümunədir: “Eləcə də bu proses kəndlərdə rifah halının yaxşılaşdırılması, kənd əhalisinin gəlirlərində davamlılığa nail omağa və kəndlərdən miqrasiyasının azaldılmasına öz müsbət təsirini göstərə bilər. Bu sahə həm də bizə mədəni irsin və yerli qastronomiyanın təbliğatını aparmağa imkan yaradır. Öz növbəsində aqroturizm həmçinin, ekoturizm, macəra turizmi kimi sahələrin də inkişafına təkan verə bilir”.

“Dövlət qurumu olaraq bizim əsas məqsədimiz kənd yerlərində yaşayan, kənd təsərrüfatı fəaliyyəti ilə yanaşı, turizm xidməti vermək istəyində olan fermer və digər təsərrüfat sahiblərini bu potensialdan istifadə ilə bağlı məlumatlandırmaq və maarifləndirməkdir. Bu istiqamətdə bir sıra müvafiq işlər icra edilib”, - deyə F.Nağıyev əlavə edib.

Xatırladaq ki, bu, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD), “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi (CED) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı  layihənin bağlanış tədbiri idi. Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış bu layihədən 3000 fermer və onların ailələri, 500 gənc kişi və qadın, 10000 yerli icma sakini, 4000 ekoturizm istifadəçisi, tələbə və turistlər faydalanıb. Layihənin əsas məqsədi yerli qida potensialının artırılmasına və yerli aqrar məsləhət xidmətlərinin keyfiyyətinin yüksədilməsinə nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi