Bakı. 15 fevral. REPORT.AZ/ Hər il “Iteca Caspian” şirkəti tərəfindən Azərbaycanda təşkil olunan beynəlxalq sərgilər mövsümü bu ilin aprel ayında start götürəcək. 2017-ci ildə “Iteca Caspian” şirkəti 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır.
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, sərgilər dövlət sənaye strukturlarının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək.
Hazırda 2017-ci il sərgilərinin potensial iştirakçıları ilə aktiv işlər aparılır. Sərgi mövsümü aprelin 6-da 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” və 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgiləri ilə işinə başlayacaq. “AITF” sərgisi çoxlu sayda turizm istiqamətlərini, hava yollarını, otel şəbəkələrini və digər turizm xidmətlərini təqdim edəcək. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və digər ölkələrdən şirkətlər var. Ənənəvi olaraq, sərgidə milli və regional stendlər də təmsil edilir. Belarus, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, Mərakeş və Tailand sərgidə milli stendləri ilə iştirak edəcəklərini təsdiqləyib. Sloveniya və Stavropol regionu isə sərgidə regional stendlərlə çıxış edəcək. Hər il sərgiyə yeni iştirakçılar qoşulur və bu il ilk dəfə olaraq Kolumbiya və Kuba sərgidə öz turizm imkanlarını təqdim edəcək.
Bu il “Horex Caucasus 2017” sərgisində tekstil məmulatları, uniformalar, və mükəmməl gigiyena məhsulları ilə yanaşı, mehmanxana və restoranlar üçün mətbəx ləvazimatları da nümayiş etdiriləcək.
Aprelin 26-28-də Bakı Ekspo Mərkəzində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Transcaspian/Translogistica”, 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri keçiriləcək.
Mayın 17-dən 19-a kimi keçiriləcək 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack CASPIAN” sərgilərinin iştirakçıları tərəfindən həm yerli, həm də xarici istehsalçı şirkətlərin çoxlu sayda məhsulları nümayiş etdiriləcək.
Ənənəvi olaraq, bu il sərgilərin yaz mövsümü regionun ən böyük sənaye sərgisi 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” (31 may - 3 iyun), “JW Marriott Absheron Baku” otelində keçiriləcək 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Konfransı “Caspian Oil & Gas Conference” (1-2 iyun) və 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2017” sərgiləri ilə yekunlaşacaq.
Qısa yay fasiləsindən sonra cari ilin sentyabr ayında payız mövsümü öz işinə başlayacaq və bura “BIHE”, “Stomatology Azerbaijan”, “Beauty Azerbaijan”, “WorldBuild Baku”, “Aquatherm Baku” “Securika Caspian”. Iki sərgi – Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku” və Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian” sərgiləri daxildir.
Sərgilər haqqında daha ətraflı məlumatı şirkətin