Azərbaycanda regional turizm şuraları yaradıla bilər

Azərbaycanda regional turizm şuraları yaradıla bilər Dövlət Turizm Agentliyi regional turizm şuralarının yaradılması imkanlarını nəzərdən keçirir.
Turizm
8 Dekabr , 2022 11:01
Azərbaycanda regional turizm şuraları yaradıla bilər
Fuad Nağıyev

Dövlət Turizm Agentliyi regional turizm şuralarının yaradılması imkanlarını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O, bu barədə rəhbərlik etdiyi qurumun və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”nda danışıb.

Agentlik sədri həmçinin qeyd edib ki, Azərbaycanda turizm sənayesi sürətlə bərpa olunur: “Bu ilin 11 ayında ölkəyə 1 milyon 458 mindən çox turist gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Türkiyə və Səudiyyə Ərəbistanından turist axınının bərpası 90 %-dən çoxdur. Bəzi ölkələrdən gələn turistlərin sayı isə 2019-cu ilin nəticələrini üstələyib”, - o deyib.

“Turizm sektorunda hər il orta hesabla 20 % artım gözləyirik. 2026-cı ilə qədər Azərbaycana gələn xarici turistlərinin illik sayının 4 milyona çatması planlaşdırılır. Yerli turistlərin illik sayı isə 6 milyon olacaq. Turizmə xərclənən vəsait 4 dəfə artaraq 11,2 milyard manat olacaq. Bunun 49 %-i xarici, 51 %-i isə yerli turistlərin payına düşəcək”, - F.Nağıyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi