Azərbaycanda hotellərə ulduz verilməsi üçün rüsumun məbləği açıqlandı

Azərbaycanda hotellərə ulduz verilməsi üçün rüsumun məbləği açıqlandı Karantin dövründə hotellərə bu rüsum güzəşt edilir və sertifikat 3 illik veriləcək
Turizm
11 Mart , 2021 13:03
Azərbaycanda hotellərə ulduz verilməsi üçün rüsumun məbləği açıqlandı
Florian Zenqstşmid
"Son illər ərzində Azərbaycanda hotelçilik sahəsində çox böyük işlər görülüb".

"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

F.Zenqstşmid hotellərin ulduz alması proseslərindən də danışıb:
"Hotellər ulduz əldə etməsi üçün bütün şərtlər saytımızda göstərilib. Hotellərin müraciətindən sonra auditorlarımız hoteldə yoxlama aparır və hər hansı çatışmazlıq aşkar edilərsə hotel rəhbərliyinə həmin natamamlığı aradan qaldırmaq üçün müəyyən vaxt verilir. Əgər bu kiçik çatışmazlıqdırsa hotelə 6 aya qədər vaxt verilir. Amma daha böyük problemi aradan qaldırmaq üçün 12 aya qədər vaxt verilir. DTA-nın qərarı ilə razılaşmayan hotellər müstəqil apeliyasiyaya müraciət edə bilərlər".
ATB rəsmisi rüsumu da açıqlayıb: "Hotellərə ulduz verilməsinə görə, rüsum 800 manatdan başlayır.
Sertifikat 3 illik veriləcək və karantin üçün istifadə olunmuş hotellərə pulsuz təqdim olunacaq".

Son xəbərlər

Orphus sistemi