Azərbaycanda nümunəvi çimərlik yaradılacaq

Azərbaycanda nümunəvi çimərlik yaradılacaq Bu məqsədlə paytaxt meriyası tərəfindən Nardaran qəsəbəsi yaxınlığında 2 km-lik yer ayrılıb
Turizm
1924
18 Oktyabr , 2017 11:57
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
Report/ Elshan Baba

Bakı. 18 oktyabr. REPORT. AZ/ Azərbaycanda bütün mövcud çimərliklərə nümunə olacaq çimərlik yaradılacaq.

"Report"un verdiyi xəbərə görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.

"Bu il çimərlik turizmi ilə bağlı müsbət nəticəyə gələ bilmədik. Artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsinə yaxın ərazidə 2 km-lik yer ayrılıb. Potensial investorlarla yaxın günlərdə işlər başlanacaq. Gələn mövsümə hazırlanmasını istəyirik. Bu çimərlik klasterinin yaradılması digər çimərliklər üçün də nümunə ola bilər", - nazir müavini əlavə edib.

N.Səmədov deyib ki, hazırda turizm sektorunda 43 mindən çox adam çalışır. Ümumilikdə, mədəniyyət və turizm sektorunda isə 100 minlik işçi heyəti mövcuddur.

Son xəbərlər

Orphus sistemi