Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 3 dəfədən çox azalıb

Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 3 dəfədən çox azalıb Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam edib.
Turizm
27 Yanvar , 2021 12:28
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 3 dəfədən çox azalıb

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanla qonşu ölkələr arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb, 2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olub.

2020-ci ildə mehmanxanalarda keçirilmiş gecələmələrin 58%-i Bakıda, 9,7%-i Qəbələdə, 5,5 %-i Qusarda, 4,1 %-i Qubada, 3,2 %-i Lənkəranda, 3,1 %-i Naftalanda, 2,4 %-i Naxçıvan MR-da, 1,9 %-i Şabranda, 1,2 %-i Mingəçevirdə, hər birində 0,9 % olmaqla Gəncə, Xaçmaz, Qax və Şamaxıda, hər birində 0,7 % olmaqla Masallı və Zaqatalada, 5,9 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olub ki, bu da ümumi gecələmələrin 41,7 %-ni təşkil edir. Gecələmələrin 14,4 %-i Rusiya, 9,2 %-i Səudiyyə Ərəbistanı, 9,2 %-i Birləşmiş Ərəb Əmirlikləri, 8,7 %-i Türkiyə, 6,5 %i Böyük Britaniya, 5,6 %-i Hindistan, 4,1 %-i Küveyt, 3,5 %-i İsrail, 2,8 %-i İran, 2,3 %-i ABŞ, 2 %-i İtaliya, 1,9 %-i Almaniya, 1,7 %-i Qətər, 1,4 %-i İraq,1,4 %-i Qazaxıstan, 1,3 %-i Pakistan, 1,3 %-i Ukrayna, 1,1 %-i Belarus, 0,9 %-i Gürcüstan, 20,7 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Qeyd etmək lazımdır ki, 2020-ci ilin aprel-dekabr aylarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədi ilə səfər ediblər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78 %-i Bakıda, 6,1 %-i Qusarda, 4,8 %-i Qəbələdə, 3,7 %-i Naftalanda, 3,4 %-i Naxçıvan Mr-da, 2,1 %-i Qubada, 1,9 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 1,9 dəfə azalaraq 583,1 min olub.

2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olmuşdur ki, onun da 60,2 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29 %-i ictimai iaşə xidmətlərindən, 2,5 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,3 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib

2020-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 6,5 % səviyyəsində olub (2019-cu ildə 22,1 %). Bu göstərici Beyləqanda 23 %, Şabranda 15,5 %, Naftalanda 13,7 %, Qəbələdə 11,2 %, Bakıda 9,6 %, Göyçayda 9,6 %, Şəmkirdə 9,1 %, Qubada 8,8 %, Biləsuvarda 8,5 %, Lənkəranda 8,3 %, Qusarda 7,9 %, Sabirabadda 7,3 %, Kürdəmirdə 7,0 %, Şirvanda 6,7 %, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Son xəbərlər

Orphus sistemi