Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,6 % artaraq 2 milyon 610,9 min olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gecələmələrin ümumi sayının 56,1 %-i Bakıda, 6,1 %-i Xaçmazda, 5,2 %-i Qubada, 4,2 %-i Qəbələdə, 4 %-i Qusarda, 3,8 %-i Naftalanda, 3,7 %-i Şabranda, 3,3 %-i Lənkəranda, 1,6 %-i Naxçıvan Muxtar Respublikasında, 1,4 %-i Qaxda, 1,1 %-i Şamaxıda, 1 %-i İsmayıllıda, 1 %-i Gəncədə, 0,9 %-i Masallıda, 0,9 %-i Şəkidə, 0,5 %-i Mingəçevirdə, 0,5 %-i Şuşada və 4,7 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 35,3 % artaraq 1 milyon 395,2 min olub ki, bu da ümumi gecələmələrin 53,4 %-ni təşkil edir. Gecələmələrin ümumi sayının 16 %-i Rusiya Federasiyası, 10,6 %-i Səudiyyə Ərəbistanı, 8,5 %-i Hindistan, 7,3 %-i Türkiyə, 6,5 %-i Birləşmiş Ərəb Əmirlikləri, 4,5 %-i İsrail, 4,1 %-i Küveyt, 3,1 %-i Böyük Britaniya, 2,9 %-i ABŞ, 2,9 %-i Qazaxıstan, 2,2 %-i Özbəkistan, 1,9 %-i Pakistan, 1,8 %-i Çin, 1,8 %-i Gürcüstan, 1,5 %-i Almaniya, 1,1 %-i İtaliya, 1 %-i Qətər, 0,8 %-i Ukrayna, 0,8 %-i Belarus, 0,7 %-i Fransa, 0,6 %-i İran, 0,6 %-i Oman, 0,6 %-i Bəhreyn, 0,5 %-i Polşa, 0,5 %-i Niderland, 17,2 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,8 %-i Bakıda, 4,4 %-i Qəbələdə, 3,8 %-i Qubada, 3,5 %-i Qusarda, 3,5 %-i Naftalanda, 0,5 %-i Şabranda, 2,5 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,8 % artaraq 1 milyon 215,7 min olub ki, bu da ümumi gecələmələrin 46,6 %-ni təşkil edir.