Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır

Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır Azərbaycanda “Street food” konsepsiyası üzərində iş gedir.
Turizm
6 İyun , 2023 11:49
Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır

Azərbaycanda “Street food” konsepsiyası üzərində iş gedir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

Onun sözlərinə görə, söhbət əsasən qutab növlərindən gedir.

"Azərbaycan dilinə tərcümə edəndə “küçə yeməkləri” dünyada çox məşhurdur. Ölkəmizdə daha çox Türkiyə mətbəxinə məxsus dönər və lahmacun “Street food” kimi tanınır. Amma biz istəyirik ki, özümüzün milli yeməklərimizi təqdim edək. Bu da əsasən qutab növləri ilə bağlı olacaq. Həmçinin biz Türkiyə, İsrail kimi dost ölkələrdə milli qutab mərkəzlərinin fəaliyyət göstərməsini istəyirik. Hələ ki, milli mətbəximizin ölkəmizdə təbliği məqsədi ilə 14 müxtəlif regionda iş aparmışıq və tezliklə platforma təqdim edəcəyik”, - deyə turizm rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi