Azərbaycanda innovativ səyahət proqramlarından istifadənin genişləndirilməsi müzakirə olunub

Azərbaycanda innovativ səyahət proqramlarından istifadənin genişləndirilməsi müzakirə olunub Azərbaycanda turizm sahəsində müasir texnologiyalar və innovativ səyahət proqram təminatlarından istifadə imkanlarının genişləndirilməsi müzakirə olunub.
Turizm
22 May , 2024 15:36
Azərbaycanda innovativ səyahət proqramlarından istifadənin genişləndirilməsi müzakirə olunub

Azərbaycanda turizm sahəsində müasir texnologiyalar və innovativ səyahət proqram təminatlarından istifadə imkanlarının genişləndirilməsi müzakirə olunub.

"Report" bu barədə "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Sabre Corporation” şirkətinin Cənibi Qafqaz və Orta Asiya ölkələri üzrə regional rəhbəri Aleksey Yanşin və şirkətin Azərbaycan nümayəndəliyinin müdiri Ziya Rəhbərli arasında keçirilən işgüzar görüşdə baş tutub.

ATAA-nın fəaliyyəti haqqında ətraflı məlumat verən G.Qahrəmanov aviabiletlərin bronlaşdırılması və satışında, həmçinin hotellərdə yerlərin alınmasında texniki imkanları geniş olan sistemlərin Azərbaycanda tədbiqininin genişləndirilməsinin sektorun inkişafına müsbət təsir etdiyini bildirib. O, əməliyyatlarda proseslərin optimallaşdırılması baxımından üzv şirkətlər üçün bu cür sistemlərdən istifadənin faydalı ola biləcəyini qeyd edib.

A.Yanşin isə ATAA üzvləri ilə iş birliyinin yaradılmasında, B2B formatlı görüşlərin keçirilməsində, üzv şirkətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O ATAA üzvlərini sistemin tədbiqləri ilə yaxından tanış etməyə hazır olduqlarını bildirib.

1964-cü ildən fəaliyyət göstərən “Sabre Corporation” dünyanın ən böyük aviabilet paylama sistemləri təminatçılarından biridir. Şirkət dünya üzrə 50 mindən artıq səyahət agentlikləri, 200-dən artıq turoperatorlarla əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi