Azərbaycanda Hindistanın turizm imkanları təqdim edilib

Azərbaycanda Hindistanın turizm imkanları təqdim edilib Hindistanın Azərbaycandakı səfirliyi bu gün “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində hibrid rejimdə Hindistan ştatlarının turizm imkanlarının təşviqi ilə bağlı tədbir təşkil edib.
Turizm
26 İyul , 2022 15:47
Azərbaycanda Hindistanın turizm imkanları təqdim edilib

Hindistanın Azərbaycandakı səfirliyi bu gün “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində hibrid rejimdə Hindistan ştatlarının turizm imkanlarının təşviqi ilə bağlı tədbir təşkil edib.

“Report” xəbər verir ki, Azərbaycanın turizm və qonaqpərvərlik sənayesindən 25-ə yaxın tanınmış şirkətlərin nümayəndələri tədbirdə iştirak ediblər, onların hindistanlı həmkarları isə görüşə virtual rejimdə qoşulublar.

Hindistan səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar görüşə onlayn qoşulmuş iştirakçılara, o cümlədən Kerala və Qoa ştatları haqqında təqdimat etmiş “STIC Travel Group” şirkətinin sədri və icraçı direktoru Subhaş Goyala, Racastan ştatı haqqında danışmış “Tourism India Management Enterprise Pvt. Ltd.” şirkətinin direktoru Sanjeev Joşiyə və Uttar Pradeş və Dehli ştatları haqqında təqdimatla çıxış etmiş Hindistan Turoperatorları Assosiasiyasının (IATO) vitse-prezidenti Ravi Gusaina xüsusi təşəkkürünü bildirib.

O, hind qonaqpərvərliyinin əsas etikası olan və qonaqlara Tanrı kimi davranan, eləcə də Hindistan turizmi və qonaqpərvərlik sektoru üçün bələdçi hesab olunan və dünyanın hər bir yerindən gələn turistlərə unudulmaz təcrübə yaşatmağa yönələn "Atithi Devo Bhava" konsepsiyasını vurğulayıb.

“Azərbaycan Hava Yolları” QSC-in təmsilçisi Elvin Raziyev tədbirdə AZAL və Azərbaycan turizmi haqqında təqdimatla çıxış edib.

O vurğulayıb ki, hazırda AZAL dünyanın bir sıra istiqamətlərində aviareyslər təşkil edir.

Xatırladaq ki, avqustun 9-dan "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq. Azərbaycan paytaxtından Yeni Dehliyə aviareys hər həftənin çərşənbə axşamı və cümə günləri, əks istiqamətdə isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Bu məsələdə AZAL-ın tərəfdaşı Hindistanın “Zeal Global Group” şirkətidir.

Son xəbərlər

Orphus sistemi