Azərbaycanda daxili turizm üçün rezervasiya platforması yaradılır

Azərbaycanda daxili turizm üçün rezervasiya platforması yaradılır Dövlət Turizm Agentliyi yanında “Azərbaycan Turizm Bürosu” daxili turizm üçün rezervasiya platformasının yaradılması üçün açıq tender elan edib
Turizm
19 Fevral , 2021 09:08
Azərbaycanda daxili turizm üçün rezervasiya platforması yaradılır

Dövlət Turizm Agentliyi yanında “Azərbaycan Turizm Bürosu” daxili turizm üçün rezervasiya platformasının yaradılması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 6-sı, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 14-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 505-87-04 (daxili: 2303); (051) 229-60-77.

Nəticələr aprelin 15-də, saat 12:00-da Portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi