"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib.
1. "Şafran Hotel" mehmanxanası (4 ulduz),
2. "Caspian Business Hotel" mehmanxanası (4 ulduz),
3. "Qafqaz Park" mehmanxanası (4 ulduz),
4. "Admiral" mehmanxanası (4 ulduz),
5. "Egoist" mehmanxanası (4 ulduz),
6. "Qız Qalası" mehmanxanası (3 ulduz).
Beləliklə də, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.