Azərbaycanda arxeoloji parkların yaradılması təklif olunub

Azərbaycanda arxeoloji parkların yaradılması təklif olunub Azərbaycanda arxeoloji parklar yaradıla bilər.
Turizm
23 May , 2024 12:25
Azərbaycanda arxeoloji parkların yaradılması təklif olunub

Azərbaycanda arxeoloji parklar yaradıla bilər.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix uzrə fəlsəfə doktoru Fərhad Quliyev jurnalistlərə açıqlamasında deyib.

F. Quliyev bildirib ki, hazırda arxeoloji parkların ən optimal yeri Qarabağdır.

"Bu layihəni biz Dövlət Turizm Agentliyinə təklif kimi vermişik, o cümlədən Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Arxeoloji parklar layihəsi gələcəkdə Azərbaycanın abidələrinin tanıdılması üçün maraqlı bir platformadır. Bu platformada hər sahədə mütəxəssislərin iştirakı ola bilər. Arxeoloji parkların daha çox bölgələrdə olmasını istəyirik", - İnstitutun direktoru qeyd edib.

Son xəbərlər

Orphus sistemi