Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-may ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 112 manat təşkil edib.
“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən araşdırmasına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 210,4 manat olmaqla Naftalanda qeydə alınıb. Ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb.
İkinci yerdə 187,9 manat olmaqla Qəbələnin hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 56,6 % çoxdur.
4 ulduzlu hotellər arasında üçüncü yeri isə 139,6 manat olmaqla Qax tutub. Bu şəhərdə orta qiymət illik müqayisədə 3 % artıb.
Qubada 4 ulduzlu hotellərdə bir gecə qalmaq 122 manata (+1,6 %), Oğuzda 120 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Qusarda 118,4 manata (+2,2 % ), İsmayıllıda 116,4 manata (+1,7 %), Bakıda 111,2 manata (+23 % ), Gəncədə 109 manata (+0,7 % ), Şəkidə 105,1 manata (+94 %), Astarada 102,1 manata (-7,1 %), Naxçıvanda 93,8 manata (+26,8 % ), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 62,8 manata( -16,8), Sabirabadda 50 manata (qiymət dəyişməyib) başa gəlib.