Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 21 % artıb

Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 21 % artıb Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 21 % artıb
Turizm
15 İyul , 2024 11:51
Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 21 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 118,2 manat təşkil edib.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 240,3 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 23,8 % azdır.

İkinci yerdə 212,4 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 2,6 % azdır.

4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5 % artıb.

Qubada 4 ulduzlu hotellərdə bir gecə qalmaq 140,6 manata (+32,8 %), Qusarda 120,4 manata (+6,7 %), Bakıda 115,8 manat (+ 20,2 %), Şəkidə 114,9 manata (+7,9 %), İsmayıllıda 113,7 manata (- 1,5 % ), Gəncədə 110,2 manata (+1,4 %), Abşeronda 105,6 manata (-13,6 %) Astarada 104,4 manata (-8,2 % ), Zakatalada 95 manata (qiymət dəyişməyib), Naxçıvanda 93,8 manata ( -26,3), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Şamaxıda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Sabirabadda 55 manata (qiymət dəyişməyib) başa gəlib.

Son xəbərlər

Orphus sistemi