Azərbaycanda 280 turizm obyektinə yeni layihələr təqdim edilib

Azərbaycanda 280 turizm obyektinə yeni layihələr təqdim edilib Dövlət Turizm Agentliyi Ekologiya Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birlikdə Şimal-Qərb turizm dəhlizi üzərində yerləşən 4 rayonunun turizm obyektlərində monitorinq keçirib.
Turizm
10 Avqust , 2021 11:40
Azərbaycanda 280 turizm obyektinə yeni layihələr təqdim edilib

Dövlət Turizm Agentliyi Ekologiya Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birlikdə Şimal-Qərb turizm dəhlizi üzərində yerləşən 4 rayonun turizm obyektlərində monitorinq keçirib.

“Report” xəbər verir ki, bunu Agentliyin Şimal-Qərb turizm dəhlizi layihəsinin kordinatoru Nizami Qasımov bildirib.

Onun sözlərinə görə, rayon icra hakimiyyəti əməkdaşlarının da iştirak etdiyi monitorinqlər zamanı təxminən 400 obyektə baş çəkilib: “Bu obyektlərdən 280-nə yeni layihə təqdim edilib. Qalan obyektlər isə sənədsiz olduqları və təhlükəli yerlərdə yerləşdikləri üçün onlara layihə təqdim edilməyib”.

"Biz ölkəyə turist gətiririk, amma onların qarşısına özümüz də çıxırıq ki, narazı qalmasınlar. Ümid edirəm ki, sahibkarlar bizim tövsiyəmiz olmadan belə xidmətin keyfiyyətini artıracaq", - deyə N.Qasımov əlavə edib.

Son xəbərlər

Orphus sistemi