Azərbaycana turist axını 30 %-dən çox artıb

Azərbaycana turist axını 30 %-dən çox artıb 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Turizm
18 Yanvar , 2024 14:24
Azərbaycana turist axını 30 %-dən çox artıb

2023-cü ildə Azərbaycana 187 ölkədən 2 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 30 %-i Rusiya, 18,1 %-i Türkiyə, 7,9 %-i İran, 5,6 %-i Hindistan, 5 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Qazaxıstan, 2,6 %-i Pakistan, 2,2 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,9 %-i Özbəkistan, 1,5 %-i Ukrayna, hər birindən 1,4 % olmaqla Küveyt və İsrail, 1,3 %-i Belarus, 1,2 %-i Türkmənistan, 1,1 %-i Çin, 1 %-i Böyük Britaniya, 11,1 %-i digər ölkələrin vətəndaşları olub.

Qonaqların 70,3 %-ni kişilər, 29,7 %-ni qadınlar təşkil edib.

Son 1 ildə Çindən gələnlərin sayı 6,5 dəfə, Cənubi Koreyadan - 3,3 dəfə, Türkmənistandan - 2,3 dəfə, Hindistandan - 1,9 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Misirdən - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Polşadan - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Özbəkistandan - 1,5 dəfə, Belarusdan - 48,8 %, Moldovadan - 48,2 %, Kanadadan - 40 %, Rusiyadan - 39,9 %, ABŞ-dan - 37,9 %, Küveytdən - 31,3 %, Fransadan - 29,8 %, Gürcüstandan - 27,1 %, Niderlanddan - 26 %, Böyük Britaniyadan - 23,4 %, İsraildən - 21,6 %, Türkiyədən - 21,2 %, Almaniyadan - 18,3 %, Ukraynadan - 12,7 %, BƏƏ-dən - 11,4 %, Pakistandan - 6,7 %, İordaniyadan - 6 % artıb. MDB ölkələrindən gələnlərin sayı 44,6 % artaraq 824,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,6 % artaraq 104,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,1 % azalaraq 350,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,4 %-i hava, 27,3 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi