Azərbaycana turist axını 3,9 dəfə azalıb

Azərbaycana turist axını 3,9 dəfə azalıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 756,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Turizm
18 Dekabr , 2020 12:07
Azərbaycana turist axını 3,9 dəfə azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 756,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-noyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

2020-ci ilin yanvar-noyabr aylarında ölkəmizə gələnlərin 28,2 %-i Rusiya, 23,7 %-i Gürcüstan, 19,5 %-i Türkiyə, 8,9 %-i İran, 2,1 %-i Ukrayna, 1,7 %-i Hindistan, 1,6 %-i Səudiyyə Ərəbistanı, hər biri 1,1 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstan, hər biri 1 % faiz olmaqla Pakistan və Türkmənistan, hər biri 0,9 % olmaqla Küveyt və Böyük Britaniya, 0,8 %-i Belarus, hər biri 0,7 % olmaqla Özbəkistan və İraq, hər biri 0,5 % olmaqla Almaniya və İsrail, 5 %-i digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 80,3 %-ni kişilər, 19,7 %-ni qadınlar təşkil edib.

11 ay ərzində gələnlərin sayı Çindən 16,4 dəfə, Cənubi Koreyadan - 13,6 dəfə, İsraildən - 10,7 dəfə, Yaponiyadan - 10,0 dəfə, Polşadan - 9,9 dəfə, İraqdan - 9,2 dəfə, Səudiyyə Ərəbistanından - 8,6 dəfə, Macarıstandan - 8,4 dəfə, BƏƏ-dən ­­ - 7,2 dəfə, Omanvə Kanadadan - 7,1 dəfə, ABŞ-dan­ - 7 dəfə, Türkmənistandan - 6,1 dəfə, Fransadan - 6 dəfə, Almaniya və Qətərdən - 5,7 dəfə, Niderland ­və Qazaxıstandan - 5,3 dəfə, Böyük Britaniyadan - 5,2 dəfə, İtaliyadan - 4,3 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 22,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,8 dəfə azalaraq 105,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 dəfə azalaraq 259,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 %-i dəmir yolu və avtomobil, 27,9 %-i hava, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-noyabr aylarına nisbətən xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4,5 dəfə azalaraq 1 135 min nəfər olub. Ölkə vətəndaşlarının 29,7 %-i İrana, 26,8 %-i Gürcüstana, 18,9 %-i Rusiyaya, 15,7 %-i Türkiyəyə, 8,9 %-i digər ölkələrə səfər edib. Gedənlərin 70,2 %-ni kişilər, 29,8 %-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,8 dəfə, Rusiyaya gedənlərin sayı 4,2 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.

Hesabat dövründə xaricə səfər edən Azərbaycan vətəndaşlarının 74,3 %-i dəmir yolu və avtomobil, 22,9 %-i hava, 2,8 %-iisə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi