Azərbaycana turist axını 3,7 dəfə azalıb

Azərbaycana turist axını 3,7 dəfə azalıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 155 ölkədən 720,3 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Turizm
19 Noyabr , 2020 14:15
Azərbaycana turist axını 3,7 dəfə azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 155 ölkədən 720,3 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qonşu dövlətlərlə sərhəddə məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Bu ilin yanvar-oktyabr aylarında ölkəmizə gələnlərin 28%-i Rusiya, 24,3%-i Gürcüstan, 18,9%-i Türkiyə, 8,6%-i İran, 2,1%-i Ukrayna, 1,8%-i Hindistan, 1,7%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,1% olmaqla Pakistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstan, 1%-i Küveyt, 0,9%-i Böyük Britaniya, 0,8%-i Belarus, hər birindən 0,7% olmaqla Özbəkistan və İraq, 0,6%-i İsrail, 5,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 79,6%-ni kişilər, 20,4%-ni qadınlar təşkil edib.

10 ay ərzində Çindən gələnlərin sayı 15,8 dəfə, Cənubi Koreyadan – 13,4 dəfə, İsraildən – 10,4 dəfə, Polşadan – 9,8 dəfə, Yaponiyadan – 9,5 dəfə, İraqdan – 8,9 dəfə, Səudiyyə Ərəbistanından – 8,3 dəfə, Macarıstandan – 8,0 dəfə, Kanadadan – 6,9 dəfə, ABŞ-dan­ – 6,8 dəfə, Omandan və BƏƏ-dən ­­ – 6,7 dəfə, Fransadan – 5,9 dəfə, Türkmənistandan – 5,8 dəfə, Almaniyadan – 5,6 dəfə, Qətərdən – 5,5 dəfə, Niderlanddan ­– 5,2 dəfə, Böyük Britaniyadan, Pakistandan və Qazaxıstandan – 5,0 dəfə, İtaliyadan – 4,4 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 dəfə azalaraq 21,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,7 dəfə azalaraq 100 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,0 dəfə azalaraq 245,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,3%-i dəmir yolu və avtomobil, 28,3%-i hava, 2,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi