Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 004,1 min nəfər, təkcə avqust ayında isə 172 min nəfər turist gəlib.
Bu barədə “Report”a Dövlət Turizm Agentliyindən bildirilb.
Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 2,2 dəfə çoxdur.
Ötən ay ölkəmizə ən çox Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanından turistlər gəlib. Bu ölkələr üzrə gələn turist sayı müvafiq olaraq 43 min, 24,2 min və 22,8 min nəfər olub.
Bundan əlavə İrandan 14,4 min, Gürcüstandan 7,6 min, Pakistandan 6,9 min, Hindistandan 5,7 min, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 4,7 min. Küveytdən 4,4 min, Omandan 4 min, İsraildən 3,8 min, Qazaxıstandan 3,7 min, Özbəkistandan 3,5 min, Belarusdan 2,3 min və Ukraynadan 2 min əcnəbi ölkəmizə gəlib.
Azərbaycanı seçən ziyarətçilərin 25,3%-i Yaxın Şərq ölkələrini, 25%-i Rusiyanı, 14%-i Asiya ölkələrini və Türkiyəni, 7%-i Avropa ölkələrini, 8,4%-i İranı, 4,4%-i Gürcüstanı, 1,7%- isə digər regionları təmsil edib.