Azərbaycana turist axını 2 dəfə artıb

Azərbaycana turist axını 2 dəfə artıb 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Turizm
18 Yanvar , 2023 12:49
Azərbaycana turist axını 2 dəfə artıb

2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, gələnlərin 27,9 %-i Rusiya Federasiyası, 19,5 %-i Türkiyə, 10,6 %-i İran, 6 %-i Səudiyyə Ərəbistanı, 5,1 %-i Gürcüstan, 3,8 %-i Hindistan, 3,2 %-i Pakistan, 2,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9 %-i Qazaxıstan, 1,7 %-i Ukrayna, 1,6 %-i Özbəkistan, 1,5 %-i İsrail, 1,4 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Oman və Belarus, 10,8 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,8 %-ni kişilər, 25,2 %-ni qadınlar təşkil edib.

2021-ci illə müqayisədə Omandan gələnlərin sayı 20,4 dəfə, Pakistandan - 17,5 dəfə, Səudiyyə Ərəbistanından - 10,9 dəfə, Hindistandan - 10,6 dəfə, Küveytdən - 9,9 dəfə, Özbəkistandan - 6,2 dəfə, Qazaxıstandan - 4,4 dəfə, İsraildən - 3,6 dəfə, ABŞ-dan - 2,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 2,4 dəfə, Almaniyadan - 2,4 dəfə, Fransadan - 2,1 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Ukraynadan - 1,6 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 36 %, Gürcüstandan - 31,2 % artıb.

2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər olub.

Son xəbərlər

Orphus sistemi