Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 4 dəfədən çox artıb

Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 4 dəfədən çox artıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana İsraildən 22 083 nəfər səfər edib.
Turizm
10 Noyabr , 2022 11:08
Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 4 dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana İsraildən 22 083 nəfər səfər edib.

"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

Qeyd edək ki, ötən gün Zəfər Günü və Bayraq Günü ilə əlaqədar Azərbaycanın İsraildəki turizm nümayəndəliyinin Təl-Əviv ofisində “açıq qapı” günü keçirilib. Ofisi ziyarət edənlərə, həmçinin diaspor üzvləri, xarici tələbələr, turizm üzrə tərəfdaşlar və Təl-Əvivdə yerləşən diplomatik missiyaların əməkdaşlarına Azərbaycanın turizm imkanları, işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Qarabağda aparılan bərpa və yenidənqurma işləri, həmçinin regionun tarixi və mədəni irsi haqqında, eləcə də Azərbaycandakı zəngin yəhudi irsi haqqında ətraflı məlumat verilib.

Tədbir çərçivəsində İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və rəhbəri, həmçinin Qarabağ mövzusunda müxtəlif məqalələrin müəllifi olan, işğaldan azad olunan ərazilərə bir neçə dəfə səfər etmiş politoloq və jurnalist Reyçel Abraham regionun və Qarabağ münaqişəsinin tarixi haqqında təqdimat edib.

Son xəbərlər

Orphus sistemi