Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 19% artıb

Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 19% artıb Ötən ay Azərbaycana 62 791 nəfər Gürcüstan vətəndaşı səfər edib.
Turizm
19 Aprel , 2019 13:06
Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 19% artıb

Ötən ay Azərbaycana 62 791 nəfər Gürcüstan vətəndaşı səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq statistik məlumatında bildirilib.

Fevral ayı ilə müqayisədə Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 10 038 nəfər və ya 19% artıb. Azərbaycan mart ayında Gürcüstan vətəndaşlarının Türkiyədən sonra ən çox səfər etdiyi ikinci ölkə olub.

Ötən ay Türkiyəyə səfər edən Gürcüstan vətəndaşlarının sayı 146 843 nəfər təşkil edib ki, onların da 20 nəfərinə ölkəyə daxil olmağa qadağa qoyulub.

Gürcüstan vətəndaşlarının mart ayında ən çox səfər etdikləri üçüncü ölkə Ermənistan olub. Ötən ay bu ölkəni 26 377 nəfər Gürcüstan vətəndaşı ziyarət edib. 

Son xəbərlər

Orphus sistemi