Bu ilin yanvar-sentyabr ayında Azərbaycana Rusiyadan 116,9 min turist gəlib.
“Report” bu barədə Rusiya mətbuata istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycan Rusiyadan turist qəbul edən ölkələr arasında 8-ci sırada qərarlaşıb, MDB ölkələri sırasında isə 3-cü olub.
9 ayda Rusiyadan xaricə 7 milyondan çox turist səfər edib ki, bu da, illik müqayisədə 30 %-dən çoxdur. Bununla belə xarici səfər edən turstlərin sayı 2019-cu illə, yəni pandemiyadan əvvəlki dövrlə (14,078 milyon) müqayisədə iki dəfə az olub.
Eyni dövrdə Rusiyadan bütün məqsədlərlə xaricə səfər edənlərin sayı isə 23 % artaraq 21 milyona çatıb. Pandemiyadan əvvəlki dövrdə bu göstərici 35,2 milyon təşkil edib.
Hesabat dövründəı rus turistlər üçün ən populyar turizm istiqamətləri Türkiyə (3,4 milyon), Birləşmiş Ərəb Əmirlikləri (922,6 min), Misir (739,2 min), Tayland (519,7 min), Çin (135,9 min), Ermənistan (335,9 min), Özbəkistan (121,9 min), Azərbaycan (116,9 min) və Qazaxıstan (113,3 min) olub