Azərbaycana Hindistandan turist axını 2 dəfədən çox artıb

Azərbaycana Hindistandan turist axını 2 dəfədən çox artıb Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 2209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələ
Turizm
19 noyabr 2024 10:58
Azərbaycana Hindistandan turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 186 ölkədən 2 milyon 209,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,5 %-i Rusiya, 16,2 %-i Türkiyə, 9,1 %-i Hindistan, 8,0 %-i İran, 4,1 %-i Gürcüstan, 4 %-i Səudiyyə Ərəbistanı, 3,3 %-i Qazaxıstan, 3 %-i Pakistan, hər birindən 1,7 % olmaqla Çin və Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Türkmənistan və İsrail, hər birindən 1 % olmaqla Oman və Belarus, 11,7 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 %-ini kişilər, 33,2 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrünə nisbətən Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 1,5 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 49 %, İordaniyadan - 40 %, Polşadan - 35,5 %, İrandan - 33,2 %, İtaliyadan - 32,4 %, Türkmənistandan - 30,2 %, Səudiyyə Ərəbistanından - 27 %, Yəməndən - 26,2 %, Niderlanddan - 21,7 %, Almaniyadan - 21,3 %, ABŞ-dan - 20,7 %, Misirdən - 20 %, Özbəkistandan - 19,5 %, Rusiyadan - 19 %, Ukraynadan - 17 %, Tacikistandan - 16,7 %, Türkiyədən - 15,8 %, Fransadan - 14,6 %, Küveytdən - 12,1 %, Böyük Britaniyadan - 11,4 %, Moldovadan - 10,6 % artıb.

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 % artaraq 94 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 % artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 % artaraq 837,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 %-i hava, 22,6 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi