Azərbaycana Çindən turist axını 3 dəfə artıb

Azərbaycana Çindən turist axını 3 dəfə artıb Bu ilin yanvar-may aylarında Azərbaycana 179 ölkədən 965,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Turizm
13 İyun , 2024 15:45
Azərbaycana Çindən turist axını 3 dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 179 ölkədən 965,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 5 ay ərzində gələnlərin 28,8 %-i Rusiya, 18,2 %-i Türkiyə, 9,4 %-i Hindistan, 9,3 %-i İran, 4,3 %-i Gürcüstan, 3 %-i Qazaxıstan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,4 %-i Pakistan, hər birindən 1,7 % olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, hər birindən 1,3 % olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 %-i Belarus, 12,2 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,9 %-ni kişilər, 30,1 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan - 2,6 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Bəhreyndən - 1,7 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə, Türkmənistandan - 42,6 %, Pakistandan - 42,4 %, İtaliyadan - 42,4 %, Küveytdən - 41,2 %, Yəməndən - 39,7 %, İordaniyadan - 36 %, Misirdən - 33,5 %, Polşadan - 33,4 %, Almaniyadan - 25,2 %, Ukraynadan - 23,3 %, Türkiyədən - 23,1 %, Özbəkistandan - 23 %, Rusiyadan - 20,3 %, ABŞ-dan - 19,5 %, Fransadan - 15,9 %, Gürcüstandan - 12,4 %, Birləşmiş Ərəb Əmirliklərindən - 12 % artıb.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 31,1 % artaraq 37,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 24 % artaraq 367,8 min nəfər olub..

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 %-i hava, 27,1 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi