Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub

Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu Avstriyada fəaliyyət göstərən Vyana Ticarət Palatasının təşkil etdiyi 13-cü səyahət agentlikləri günündə ilin seçilmiş destinasiyası qismində təmsil olunub.
Turizm
16 Sentyabr , 2024 12:23
Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu Avstriyada fəaliyyət göstərən Vyana Ticarət Palatasının təşkil etdiyi 13-cü səyahət agentlikləri günündə ilin seçilmiş destinasiyası qismində təmsil olunub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, tədbirdə Büro ilə yanaşı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-ni təmsil edən "AVIAREPS" aviaşirkəti və Avstriyanın "Elite Tours" şirkəti Azərbaycanı önəmli destinasiya kimi tanıdan xüsusi turizm təklifləri ilə çıxış ediblər.

180-ə qədər turizm sənayesi nümayəndəsini bir araya gətirən tədbirdə Azərbaycanın zəngin mədəni irsi və unikal turizm təcrübəsi haqqında məlumat verilib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Vyanadan Bakıya birbaşa uçuşların həyata keçirilməsinin strateji məqsədlərdən olduğunu, uçuşların yalnız Avstriya ilə deyil, regionda digər hədəf ölkələrlə də turizm əlaqələrinin genişləndirilməsinə müsbət təsir edəcəyini bildirib. O, Avstriyada mütəmadi olaraq keçirilən, turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini qeyd edib.

Tədbirin sonunda Azərbaycanın caz ifaçısı İsfar Sarabskinin musiqiləri dinlənilib.

Avstriya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi