Azərbaycan vətəndaşları bu ilin ilk 2 ayında xaricdə 180 mln. manat xərcləyib

Azərbaycan vətəndaşları bu ilin ilk 2 ayında xaricdə 180 mln. manat xərcləyib Bakı. 10 aprel. REPORT.AZ/ Bu ilin ilk 2 ayında Azərbaycanda xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlarda artım müşahidə olunub.
Turizm
10 Aprel , 2018 10:20
Azərbaycan vətəndaşları bu ilin ilk 2 ayında xaricdə 180 mln. manat xərcləyib

Bakı. 10 aprel. REPORT.AZ/ Bu ilin ilk 2 ayında Azərbaycanda xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlarda artım müşahidə olunub. 

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə cari ilin yanvar ayında 99 798 809 manat, fevral ayında 91 128 890 manat ümumilikdə isə 190 927 699 manat məbləğində əməliyyat aparılıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31 565 965 manat yəni 20% daha çox vəsait xərclənib. Xatırladaq ki, 2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1 022 036 752 manat məbləğində vəsait xərcləyib.

Azərbaycan vətəndaşları isə 2 ay ərzində xaricdə 179 521 339 manat məbləğində əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11 406 360 manat çox olub.

Son xəbərlər

Orphus sistemi