Azərbaycan və Yaponiya arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri müzakirə olunub Bu gün Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe arasında keçirilən gö
Turizm
19 Aprel , 2024 17:17
Azərbaycan və Yaponiya arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.

"Report" Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir ki, müzakirə Agentliyin sədri Fuad Nağıyevlə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe arasında keçirilən görüşdə aparılıb.

Görüşdə sentyabr ayında Yaponiyanın Osaka şəhərində keçiriləcək "JATA Tourism Expo" sərgisində Azərbaycanın iştirakı və Yaponiyada Azərbaycan haqqında məlumatlılığın artırılması ilə bağlı layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı tanınmış yaponiyalı serial və film mütəxəssisi Fukuzava Katsuonun may ayında Azərbaycana səfər edərək ölkədə görməli yerləri ilə tanış olması və Azərbaycanın turizm imkanlarını əks etdirən verilişlər hazırlaması təklif edilib.

Müzakirələr zamanı qarşılıqlı turist səfərlərinin təşviq edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi