Azərbaycan və Ukrayna arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Ukrayna arasında turizm əlaqələri müzakirə olunub Bakı. 29 noyabr. REPORT.AZ/ Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Turizm
29 Noyabr , 2018 16:33
Azərbaycan və Ukrayna arasında turizm əlaqələri müzakirə olunub
0 : 00
0 : 00

Bakı. 29 noyabr. REPORT.AZ/ Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Agentlikdən "Report"a verilən xəbərə görə, nümayəndə heyətinin tərkibində Lvov vilayəti Dövlət Administrasiyasının sədri Oleq Sinyutka, Trustkavets şəhər şurasının sədri Andrey Kulçitskiy və bir sıra dövlət nümayəndələri təmsil olunublar.

Görüşdə səfir A.Mişenko 2019-cu ilin aprel ayında Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF 2019) Ukraynanın daha böyük stendlə təmsil olunmaq istəyini bildirib.

Dövlət Turizm Agentliyinin sədri F.Nağıyev AİTF 2019 sərgisində Ukraynanın turizm potensialının nümayişi üçün daha böyük stendin ayrılması üçün müvafiq köməklik göstərilə biləcəyini qeyd edib.

Daha sonra Azərbaycan və Ukrayna arasında cari turizm əlaqələri haqqında və gələcək əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparılıb.

Truskavets və Naftalan kurortlarının qarşılıqlı olaraq Azərbaycanda və Ukraynada müalicə və sağlamlıq turizminin bir hissəsi kimi təbliğatının aparılması qərarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi